1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yaponiya avtomobil istehsalçısı "Toyota" məşhur "Celica" modelini yenidən istehsal etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Motor1.com məlumat yayıb.
"Toyota"nın "Celica"nı yenidən istehsal edəcəyi barədə xəbərlər ilk dəfə 2023-cü ildə yayılmışdı.
Həmin vaxt Yaponiyada keçirilən avtoralli çərçivəsində "Toyota"nın direktorlar şurasının sədri Akio Toyoda bu modelə olan sevgisindən bəhs etmişdi. Bunun ardından, aprel ayında vəzifəyə başlayan "Toyota Motor"un yeni prezidenti Kodzi Sato "Celica"nı yenidən istehsal etməklə bağlı istəklərini ifadə etmişdi.
Beləliklə, "Toyota Celica" sevənlər üçün əfsanəvi modelin geri dönüşü reallaşacaq.