AZ

TRAMPDAN TƏKLİF:LİVANDA İSRAİLİN HƏRBİ ƏMƏLİYYATLARINA SON QOYULUR

Nəhayət, İsrail ABŞ-ın Livanda hərbi əməliyyatlara son qoymaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib.

Tezadlar.az CNN-ə istinadla xatırladır ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun administrasiyası məlumat yayıb. Məlumatda deyilir: "Hərbi-siyasi kabinet bu axşam ABŞ-ın Livanda atəşkəslə bağlı təklifini təsdiqləyib. Qərarı 10 nazir dəstəkləyib, biri əleyhinə çıxıb. İsrail bu prosesə verdiyi töhfəyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir və hər hansı təhlükəyə qarşı tədbir görmək hüququnu özündə saxlayır”.

Bununla da yaxın şərqdə daha bir müharibə ocağına son qoyulacaq. Qalır Ukrayna- Rusiya cəbhəsi. İndi yenə də ümid ABŞ administrasiyasınadır. Tramp bu məsələdə fəal və əsas rol oynaya bilər...A.Məmmədli

.

Seçilən
20
tezadlar.az

1Mənbələr