AZ

RUSİYA KƏŞFİYYATI ABŞ BARƏDƏ SENSASİON İDDİA İLƏ ÇIXIŞ EDİB

"ABŞ Ukraynadakı MDB ölkələrindən olan əcnəbi döyüşçülərdən postsovet ölkələrində vəziyyəti destabilizə etmək üçün istifadə etməyi planlaşdırır..."

Tezadlar.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Məlumata görə, xüsusi diqqət Belarus, Gürcüstan və Qırğızıstana yönəldilib. Məlumatda deyilir: "ABŞ Ukrayna böhranından MDB dövlətlərində sosial-iqtisadi və ictimai-siyasi proseslərə mənfi təsir göstərmək üçün istifadə etməyə çalışır. Məqsəd orada "rəngli inqilablar"ın təşkili üçün şərait yaratmaqdır".

O da qeyd edilir ki, yaxın gələcəkdə Qərbin postsovet məkanı ölkələrində vəziyyəti destabilizə etməklə bağlı yeni cəhdlərini gözləmək lazımdır. Qurumun məlumatına görə, ABŞ-ın diqqət mərkəzində 2025-ci ildə Belarusda keçiriləcək prezident seçkiləri, 2026-cı ildə Qırğızıstanda baş tutacaq prezident və parlament seçkiləri var.

Hələki Tramp administrasiyası bu ittihamlarla bağlı mövqe sərgiləməyib.

A.Məmmədli

Seçilən
5
2
tezadlar.az

3Mənbələr