AZ

Nazirliklərə kiberhücum edənlər nə istəyib?! - Məhkəməbaşladı

Bakı. Trend:

Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan RespublikasıSəhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin“miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarınakiberhücum yolu ilə qanunsuz daxil olub Azərbaycan Respublikasıvətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədəDövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrəaraşdırmalar aparılıb.

Trend xəbər verirki, həmin cinayət işi üzrə istintaq yekunlaşdırılaraq toplanmışmateriallar ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.

22 noyabr 2024-cü ildə Bakı şəhəri Xəzər rayon məhkəməsində işüzrə hazırlıq iclası keçirilib.

Məlum olub ki, Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-cimaddələri ilə təqsirləndirilən Dünyamaliyev Cavid İlqar oğlu vəCəlilov Cəlil Hüseyn oğlu Səhiyyə Nazirliyinin "e-health.gov.az",Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarınakibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq AzərbaycanRespublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələkeçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərəötürüb.

Daha sonra isə "Teleqram" və digər sosial şəbəkələrdəyaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatlarınsatışını elan ediblər.

Cinayətkarlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklamçarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarınıpaylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilindəsata biləcəklərini qeyd ediblər.

Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqlarıfərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz girişimkanları bloklanıb.

Növbəti məhkəmə prosesi 13 dekabrda keçiriləcəkdir.

Seçilən
18
44
az.trend.az

10Mənbələr