AZ

"Meqa Həyat Sığorta”nın yığımları 2,4 dəfə artdı - ŞİRKƏT BAZARIN LİDERİ STATUSUNU QORUYUB

Azərbaycan həyat sığortası bazarında aktivliyi və innovativliyi ilə seçilən “Meqa Həyat Sığorta” şirkəti cari ilin yanvar-oktyabr ayları üzrə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki,  il ərzində ümumilikdə şirkətin peşəkar satış komandası tərəfindən 9 milyon 606 min manat həcmində sığorta haqqı toplanılıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 5 milyon 669 min manat, başqa sözlə 2,4 dəfə artıb.

Əvvəlki ilin eyni dövründə “Meqa Həyat Sığorta” ASC-nin yığımları 3 milyon 937 min manat olub.

Onu da qeyd edək ki, “Meqa Həyat Sığorta” şirkəti yığımların artım dinamikasına görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında liderlik mövqeyi nümayiş etdirib.
Hesabat dövründə şirkət müştərilərinə 703 min manat sığorta ödənişi edib. Ötən ilin yanvar-oktyabr aylarında sığorta ödənişləri cəmi 14 min manat olub. Şirkətin ödənişlərində illik müqayisədə 51,4 dəfə və ya 689 min manat artım qeydə alınıb.

“Meqa Həyat Sığorta” şirkətinin bu ilin ilk 6 ayında zərərliliyi cəmi 7% olub və bu göstəriciyə görə sığorta şirkətləri arasında 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilib. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka krediti / İstehlak krediti götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi və korporativ həyat sığortası məhsulları təklif edir. 

Seçilən
64
fed.az

1Mənbələr