AZ

İsrail müharibəni dayandırır: Tarixi gün açıqlandı - YENİLƏNİB

İsrail Nazirlər Kabineti Livanda atəşkəs razılaşmasını təsdiqləyib.

Adalet.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” xəbər yayıb.

Sülh 27 noyabr çərşənbə günü saat 10:00-da qüvvəyə minəcək.

*** 23:19

İsrailin baş naziri Benyamin Netanyahu xüsusi televiziya müraciətində bildirib ki, o, Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəlib.

Adalet.az TASS-a istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrail "Hizbullah" birləşmələrinin hücumları halında tam sərbəst hərəkət etmək hüququnu özündə saxlayır;

"Bu gecə Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti nə baş verəcəyindən asılıdır. ABŞ-lə tam əməkdaşlıq şəraitində biz tam hərbi əməliyyat azadlığını qoruyub saxlayırıq. "Hizbullah" razılaşmaları pozarsa və buna cəhd edərsə, özünü silahlandırsa, hücum edəcəyik. "Hizbullah" sərhədimiz yaxınlığında terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd edərsə, hücuma keçəcəyik. İstənilən pozuntuya qəti şəkildə cavab veriləcək”, - deyə Netanyahu bildirib. .

Seçilən
13
1
adalet.az

2Mənbələr