AZ

“Mançester Siti” 61 ildən sonra

İngiltərənin “Mançester Siti” klubu 61 ildən sonra antirekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, bu barədə “Squawka” məlumat yayıb.

“Şəhərlilər” ötən gün Çempionlar Liqasının V turunda evdə Niderland təmsilçisi “Feyenoord”la heç-heçə edib – 3:3.

Xosep Qvardiolanın baş məşqçisi olduğu kollektiv ardıcıl 6 görüşdə 2 və ya daha çox qol buraxıb.

Belə hal son olaraq 61 il əvvəl təkrarlanıb.

Qeyd edək ki, “Mançester Siti” bütün turnirlərdə ardıcıl 6 oyundur qələbə qazana bilmir.

Seçilən
10
msport.az

1Mənbələr