Yevlaxda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şərəvəddin Rəsulovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xaliq Məmmədovun icraatına verilib.
Qeyd: Hadisə 12 avqust 2024-cü ildə Yevlax rayonunda “qaraçılar məhəlləsi” deyilən ərazidə qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
Kamal Məmmədov