ABŞ ordusu Suriyada İranın dəstəklədiyi qruplaşmanın silah anbarına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“Noyabrın 26-da ABŞ Mərkəzi Komandanlığı qüvvələri İrana bağlı qrupun Suriyadakı silah anbarına hücum edib. Zərbə İranın dəstəklədiyi qüvvələr tərəfindən dünən Suriyada ABŞ əsgərlərinə qarşı həyata keçirilən hücuma cavab olub”, - məlumatda deyilib.