“Bayern”in fəxri prezidenti Uli Höness çox iddialı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini öz üzərinə çəkib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, Höness “arxı keçməmiş “hop” deyərək, “Bayern”in cari mövsüm Almaniya Bundesliqasının qalibi olacağını əminliklə bildirib:
“Mənim vəd edə biləcəyim məqam – çempionluq qənimətidir. İndi biz əla vəziyyətdəyik. Yarış cədvəlinin zirvəsindəyik. Yeganə gerçək rəqiblərimiz “Bayer” və “Leypsiq” isə bizdən çox geridədirlər.
Hələ mən oynayanda, biz qəniməti qazanaraq ən xoşbəxtlər idik. Amma bu gün, mövsüm başlamamış Almaniya çempionu olmaq istədiyini deyəndə, cavablayırlar ki: “Baho, necə darıxdırıcıdır”, deyə Uli Höness bildirib.
Əlavə edək ki, “Bayern” belçikalı mütəxəssis Vensan Kompaninin rəhbərliyi altında həqiqətən inamlı təsir bağışlayır. Bundesliqanın 11 turundan sonra 29 xal toplamış “Bayern” yarış cədvəlinin zirvəsndə qərarlaşıb. Almaniya nəhəngi ən yaxın izləyicisi Frankfurt “Aynttraxt”ını (23 xal) 6 xal qabaqlayır.