İsrailin Suriya və Livan sərhədindəki nəzarət-buraxılış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ikisi hərbçi olmaqla azı 6 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Gecə saatlarında İsrail Suriyanın Homs əyalətində Suriya və Livan sərhədindəki nəzarət-buraxılış məntəqələrini atəşə tutub”, - agentliyin mənbəsi bildirib.
Hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla, ən azı 12 nəfər yaralanıb.