İran hakimiyyəti mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində məcburi hicab qaydalarına əməl edilməməsi səbəbindən ona yaxın iş yeri bağlayıb.
FED.az xəbər verir ki, bu barədə Marağa şəhər polis idarəsinin rəisi Əhməd Farsi bildirib.
Onun sözlərinə görə, daha 145 iş yerinə xəbərdarlıq edilib.
Əhməd Farsi bildirib ki, yeddi iş yeri, kafe, restoran və toy salonu “hicab qaydalarının pozulması və İslam qaydalarına əməl edilməsinə” görə bağlanıb.
Başqa bir məlumata əsasən, Güney Azərbaycanın Qəzvin əyalətinin Əlborz şəhərində də eyni səbəbdən 21 yeməkxana, kafe bağlanıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin sonunadək İranda Tehran hakimiyyətinin məcburi hicab qaydalarına etiraz aksiyaları keçirilib. 2024-cü ilin yazından bu qaydalara əməl edilməsinə nəzarət gücləndirilib. (Report)