AZ

Deputat seçicilərin problemləri ilə bağlı Milli Məclisdə çıxış etdi

“2025-ci ilin dövlət büdcəsi müstəqilillik ilinin ən böyük büdcəsidir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Nəsib Məhəməliyev deyib.

Millət vəkili  seçiciləri narahat edən məsələni diqqətdə saxlamağı xahiş edib. O bildirib ki, Balakən rayonunda 2019-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər həyata keçirilməyib. Bunlar məktəblər, idman kompleksi və xəstəxanadır. O cümlədən təsərrüfatın suvarılması üçün meliorasiya tədbirləri aparılmalıdır”, – deyə deputat qeyd edib.

Seçilən
10
xalq.az

1Mənbələr