AZ

Trampın müşaviri Epşteyn bəzi görüşlərdən uzaqlaşdırılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin yeni  seçilmiş prezidenti Donald Trampın hüquqi məsələlər üzrə müşaviri Boris Epşteyn Respublikaçıların keçid komandasının bir sıra iclaslarında iştirakdan uzaqlaşdırılıb. 

Məlumata görə, Epşteynin uzaqlaşdırılmasına Trampın komandası tərəfindən ona qarşı aparılan araşdırma səbəb olub. Qeyd olunur ki, bu vəziyyət Trampı uzun müddətdir ona sadiq olan şəxslər və ikinci administrasiyasında nizam-intizam yaratmaq istəyən yeni komanda üzvləri arasında seçim etmək məcburiyyətində qoya bilər.

Bundan əvvəl Epşteyn Trampın dövlət vəzifələrinə namizədləri seçməsi prosesində  şəxsi fayda əldə etməkdə ittiham olunmuşdu. Donald Tramp bu ittihamlara cavab olaraq bildirib ki, hər bir dövlət liderinin ətrafında onlardan kənar yollarla qazanc əldə etməyə çalışan insanlar olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr