AZ

"Atəşgah Sığorta" yığımların illik dinamikasına görə yenə 2-ci yerdədir - ŞİRKƏT BAZAR MÖVQEYİNİ GÜCLƏNDİRİR

Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah" Sığorta Şirkətinin yığımları  və ödənişləri artıb.

FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar-oktyabr ayları ərzində topladığı sığorta haqlarının həcmini 52,894 mln. manat təşkil edib.
Aparılmış hesablamalara əsasən  məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 18,843  mln. manat və ya 55% artım olub. Onu da qeyd edək ki, 2023-ci ilin yanvar-oktyabr aylarında “Atəşgah" Sığorta Şirkəti 34,051 mln. manat sığorta haqqı toplamışdı.

“Atəşgah" Sığorta Şirkəti yığımların həcminə görə sığorta şirkətləri arasında 5-ci, dinamikasına görə 2-ci olub.

Sığorta şirkətinin ödənişlərində isə 6,668 mln. manat, yəni 48% artım baş verib. Qeyd olunan dövr ərzində şirkət tərəfindən zərərçəkmiş müştərilərə 20,686 mln. manat həcmində sığorta ödənişi verilib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 14,018 mln. manat idi. 

“Atəşgah" Sığorta Şirkəti ödənişlərin həcminə görə sığorta şirkətləri arasında 4-cü, dinamikasına görə 9-cu olub.

Hesabat dövründə “Atəşgah" Sığorta Şirkətinin ümumi portfeldə ödəniş-yığım nisbəti 39% təşkil edib.

Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 27 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanıb.

Seçilən
13
fed.az

1Mənbələr