AZ

Trampın prezidentlik dövründə neft ucuzlaşacaq

Yazını böyüt
Yazını kiçilt

“Donald Trampın ikinci prezidentlik müddətində Rusiya neft sənayesi xoşagəlməz sürprizlərlə üzləşəcək. Çünki yeni prezident enerji sektorunu canlandırmaq üçün hərtərəfli plan hazırlayır”.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Tramp Co Bayden dövründə qəbul edilmiş mühüm iqlim qanunlarını ləğv etməyi planlaşdırır. Yeni dövrdə mayeləşdirilmiş təbii qaz (LNG) layihələri üçün ixrac icazələrinin sürətləndirilməsi və neft hasilatının artırılması prioritet hədəflər arasında olacaq. LNG qazının Avropaya intensiv satışı Rusiya qazının bazarda yaratdığı boşluğu doldurmaq məqsədi daşıyır və ABŞ şirkətlərini gücləndirir.

Tramp administrasiyasının vəzifəyə gəldikdən dərhal sonra LNG ixracı üçün icazələr üzrə fasiləni də aradan qaldıracağı gözlənilir. Həmçinin, federal torpaqlarda neft qazması üçün yeni icazələrin verilməsi və ABŞ-ın dəniz şelfində qazma planlarının yenidən başlaması nəzərdə tutulur. Keystone boru kəməri layihəsinin təsdiqi üçün addımların atılacağı bildirilir. Gözlənti budur ki, bu plan Trampın inauqurasiyasından bir neçə gün sonra açıqlanacaq. Bəzi ekspertlər hesab edir ki, Tramp neft və qaz hasilatını artırmaq və qiymətləri aşağı salmaqla Rusiyaya təzyiq göstərməyə cəhd edə bilər.

Seçki kampaniyası zamanı ABŞ-ın enerji resursları baxımından dünyanın ən zəngin ölkəsi olduğunu iddia edən Tramp enerji ixracını artıraraq Avropaya böyük məbləğdə satışlar planlaşdırdığını açıqlayıb. Bununla belə, bu siyasətlər bəzi ekspertlər tərəfindən qlobal neft qiymətlərində dalğalanmalara və ekoloji problemlərə səbəb ola biləcəyi narahatlıqları ilə qiymətləndirilir.

Seçilən
18
hafta.az

1Mənbələr