AZ

İrandan ermənilərə zərbə:  ermənilər üçün dizelin qiymətini 5 dəfə artırdı

İran gömrüyündə Ermənistan dövlət nömrə nişanlı yük maşınları üçün dizel yanacağının qiymətinin kəskin artması erməni sürücülər üçün ciddi problemə çevrilib.

Onlardan biri “Sputnik Armenia”ya bildirib ki, indiyə qədər İranda dizel yanacağını 1 litrinə görə 0,25 dollar alırdılar, amma indi qaydalar dəyişib: İran gömrük yanacaqdoldurma məntəqəsində 1 litrin qiyməti 1,15 dollara çatıb. Orta hesabla yük maşınının çəninin həcmi təxminən 500 litrdir. İran tərəfi tam yanacaq doldurmağı tələb edir.

Beləliklə, 1 yük maşınının sərhəddə yanacaq doldurması 575 dollara başa gəlir.

Seçilən
36
veteninfo.az

1Mənbələr