AZ

İşsiz qalan 200-dək sahibkarın aqibəti necə olacaq?

Metronun “20 Yanvar” stansiyasının keçidlərindəki ticarət obyektləri uzun müddətdir ki, bağlıdır. Obyektlərin aqibəti sahibkarlarla yanaşı, sakinlərdə də maraq doğurur. 
 
Moderator.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı narahatlıq keçirən sahibkarlar Baku TV-yə açıqlamalarında ticarət köşklərinin yenidən fəaliyyətini bərpa edəcəyi, yoxsa tamamilə dayandıracağı ilə bağlı onlara məlumat verilmədiyini söyləyiblər: “Bilmək istəyirik ki, bizim aqibətimiz necə olacaq? Burada qalıb işləmək şansımız varmı, yoxdursa, səbəbi nədir? 200-ə yaxın insan işləyirdi, indi hamısı işsiz qalıb”.
 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən isə bildirilib ki, bu məsələnin həlli onların səlahiyyəti çərçivəsində deyil.
Üç aya yaxındır ki, fəaliyyəti dayandırılan ticarət obyektlərinin kim tərəfindən və hansı səbəblərdən bağlanması məlum olmadığı kimi, açılması da naməlumdur.
 
Daha ətraflı süjetdə:
 

 

 
Seçilən
18
6
moderator.az

5Mənbələr