Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 697,8 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 7,7 çoxdur.