AZ

Livanda 1,9 milyon insan didərgin düşüb

İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana həyata keçirdiyi və atəşkəslə başa çatan hücumlarda 960-ı qadın və uşaq, 222-si səhiyyə işçisi olmaqla 3 min 823 nəfər həyatını itirib, təxminən 1,9 milyon insan isə məcburi köçkün vəziyyətinə düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail və Hizbullah arasında qarşıdurmaları alovlandıran hadisə İsrail ordusunun 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücuma keçməsi olub.

Bu hücumların başlamasından bir gün sonra, 2023-cü il oktyabrın 8-də İsrail və Hizbullah arasında “nəzarət altında” deyilən toqquşmalar başladı. Münaqişələr 30 iyul 2024-cü ildə İsrailin Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək rütbəli komandirini öldürməsi ilə daha da şiddətlənib. İyulun 30-da İsrail ordusu Beyrutda Hizbullahın baş katibi Həsən Nəsrullahın sağ əli və Hizbullahın 2 nömrəlisi olduğu deyilən Fuad Şükürü hədəfə alıb.

Şükürün öldüyü bu hücumdan sonra İsraillə Hizbullah arasında qarşıdurma daha da artıb. Sentyabr ayında peycerlərin və telsizlərin partlaması ilə başlayan və silsilə sui-qəsdlərlə davam edən hücumlardan sonra Livanda qarşıdurmalar nəzarətdən çıxıb. Əvvəlcə sentyabrın 17-də Hizbullah üzvlərinin istifadə etdiyi peycerlər partladılıb. Bu hücumlardan bir gün sonra, sentyabrın 18-də Hizbullah üzvlərinin istifadə etdiyi radiolar partladılıb.

Seçilən
19
sia.az

1Mənbələr