Təhsil sahəsindəki yeni yanaşmaları və qlobal standartları əks etdirən Zəfər Liseyi artıq Simurq Liseyi və eyniadlı uşaq bağçaları adı ilə fəaliyyətini davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, Zəfər Liseyi cari ilin sentyabr ayından etibarən fəaliyyətə başlayaraq Azərbaycanda hər kəsə əlçatan beynəlxalq təhsil təklif edən bir təhsil müəssisəsi olaraq fərqlənir. Kembric Beynəlxalq kurikulumuna və yerli tədris proqramına əsaslanan tədris modeli ilə lisey ilk ilində 400-dən çox şagirdi öz sıralarına qatmağı bacardı. İnnovativ təlim metodikaları və beynəlxalq standartlara uyğun təhsili ilə Zəfər Liseyi həm yerli, həm də qlobal miqyasda rəqabətədavamlı bir platforma yaratmağı hədəfləmişdi və hazırda "Hər kəsə əlçatan beynəlxalq təhsil!" devizi altında təhsil sahəsində öz yerini daha da möhkəmləndirib.
Simurq Liseyində 3 bölmə – Azərbaycan, ingilis və rus bölmələri mövcuddur. Liseyin təlim prosesi sosial və emosional öyrənmə (SEL) metodikasına, təhsil sistemi isə həm Kembric Beynəlxalq kurikulumuna, həm də yerli tədris proqramına əsaslanır.
Lisey, həmçinin uşaq bağçalarımızın tədris proqramı və metodologiyası şagirdlərə dünya səviyyəli təhsil təqdim etmək istiqamətində formalaşdırılıb.
Simurq Liseyi və Simurq Uşaq Bağçaları əvvəlki kimi Baş İcraçı Direktor Tural Abasquliyevin rəhbərliyi altında fəaliyyətini "LANDAU Education Group"-un nəzdində davam etdirəcək.
Qeyd olunan bu addım liseyin təhsil proqramına və ödəniş haqlarına təsir göstərməyəcək, yəni hər hansı bir dəyişiklik olmayacaq. Təhsil ocaqlarımız özündə həmişəki kimi daha güclü, müasir və şagirdlər üçün zəngin bir tədris mühiti yaratmağa davam edəcək.
Simurq Liseyi övladlarınıza ən yüksək səviyyədə təhsil vermək və onların inkişafını dəstəkləmək üçün mövcud resurs və metodlarını gücləndirməyə davam edəcək.
Gələcəkdə daha böyük uğurlara imza atmaq məqsədilə Simurq Liseyi bütün valideynləri və ictimaiyyəti bu yolda birlikdə addımlamağa dəvət edir.
Qeyd edək ki, liseyin 2 korpusu mövcuddur: “Zabrat” (Zabrat-Pirşağı yolu, “Xəzər Bağları” Yaşayış Kompleksi) və “Xırdalan” (Xırdalan şəhəri, “Absheron City” Yaşayış Kompleksi) korpusları.
Simurq Uşaq bağçaları isə “20 Yanvar” korpusu Nəsimi rayonunda, “Masazır” korpusu isə “Yeni Bakı” Yaşayış Kompleksində yerləşir.
Əlaqə nömrələri: +994 50 331 18 01 (“20 Yanvar” korpusu)
+994 55 969 56 00 (“Masazır” korpusu)
Simurq Təhsil Kompleksi barədə ətraflı məlumat əldə etmək üçün liseyin rəsmi saytı olan "www.simurqliseyi.az"a daxil ola və ya +994 50 209 25 36; +994 50 209 25 37 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Daha yaxşı gələcək üçün hər kəsə əlçatan özəl təhsil!