AZ

Bankların mənfəətinin artım sürəti kəskin düşüb

2024-cü ilin yanvar – oktyabr aylarında (10 ayda) Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 913,7 milyon manat xalis mənfəət, 1 milyard 422,4 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr buraxılışını dərc edib.

 

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 10 ayında banklar 908,2 milyon manat xalis mənfəət, 1 milyard 369,5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. Beləliklə, bu ilin 10 ayında sektorda xalis mənfəət 0,6%, əməliyyat mənfəəti isə 3,9% artıb.

2023-cü ilin eyni dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəətləri müvafiq olaraq 18% və 23% artmışdı.

Seçilən
5
marja.az

1Mənbələr