Premyer Liqanın 15-ci turu Azərbaycan derbisi ilə yadda qalacaq.
Samir Abasovun gəlişindən sonra tədricən özünə gələn "ağ qaralar" dünəndən əzəli rəqiblə oyunun hazırlığına start verib.
Son turda iddialı rəqiblərdən "Zirə"ni məğlub edən (2:1) Bakı təmsilçisinin düşərgəsində ab-hava ən üst səviyyədədir.
Amma baş məşqçi Samir Abasovu üzən məqam da yox deyil.
Söhbət Emin Mahmudovun hələ də zədəsini sağalda bilməməsidir.
Abasovun sevimli futbolçusu dünən fərdi məşqlə kifayətlənib. Onun həftəsonuna kimi kollektivə qoyulmayacaq dəqiqdir.
Bu isə "Neftçi"nin lider önünə Mahmudovsuz çıxacağı anlamına gəlir.
Sabiq kapitanı milli komandada zədə alıb. O, bu səbəbdən "Zirə" ilə görüşü də buraxmalı olmuşdu.
Dekabrın 1-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlanacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ