AZ

Qərbin istixana qazı emissiyaları ilə bağlı tarixi məsuliyyəti gələcək karbon bazarları çərçivəsində reallaşdırıla bilər - Boris Titov

Bakı. Trend:

Qərbin istixana qazı emissiyaları ilə bağlı tarixi məsuliyyətigələcək karbon bazarları çərçivəsində həyata keçirilə bilər.

Trend xəbər verir ki, bubarədə Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nailolmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusinümayəndəsi Boris Titov 2024-cü ildə Bakıda keçirilmiş BMT-ninİqlim Dəyişikliyi üzrə Konfransın (COP29) nəticələrinə dairjurnalistlərə açıqlamasında bildirib.

“Konfransın iki əsas nəticəsi "nə qədər?" və "necə?" suallarınacavab verir”, – deyə B.Titov vurğulayıb.

“Birincisi, Yeni Kollektiv Kəmiyyət Maliyyə Hədəfi (NCQG)əsasən, inkişaf etmiş ölkələr 2035-ci ilə qədər iqlim proqramlarınahər il 300 milyard dollar xərcləməlidir, əvvəlki kimi 100 milyarddeyil. İkincisi, nəhayət, BMT himayəsi altında beynəlxalq karbonbazarlarının formalaşdırılması üçün metodoloji əsaslar yaradıldı”,– deyə o qeyd edib.

B.Titovun sözlərinə görə, inkişaf etmiş ölkələrə hər il inkişafetməkdə olan ölkələrə 1 trilyon dollar iqlim qrantı ayırmaq kimibirbaşa tələblər uğurlu nəticə verməyəcək.

“Bu baxımdan, karbon bazarları mexanizmi daha uğurlu ola bilər,xüsusilə karbon vahidləri həm təbii həll yolları ilə CO2 udulması,həm də iqlim adaptasiyası layihələri nəticəsində nəzərəalınarsa.

Belə şəraitdə investorlar iqlim layihələrinə yatırılanvəsaitlərin karbon vahidlərinin satışı nəticəsində necə geriqayıdacağını daha yaxşı anlaya biləcəklər. Ümid edirəm ki, ŞƏT vəBRİCS çərçivəsində həyata keçirəcəyimiz pilot layihələr beləhesablamalar üçün nümunə göstərəcək.

İqlim forumunda iki mühüm məsələ üzrə irəliləyiş əldə edilsə də,bu irəliləyişin reallığa çevrilməsi üçün tərəflərin qətiyyəti vərazılığı tələb olunur. Əgər ŞƏT və BRİCS ölkələri ədalətli keçidbaxışlarını aktiv şəkildə irəli sürsələr, iqlim siyasətindən realnəticə əldə etmək şansımız var”, – deyə Boris Titovyekunlaşdırıb.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr