AZ

Etirazçı jurnalist beynəlxalq mükafatın qalibi oldu

“Senzura İndeksi” beynəlxalq təşkilatı Tehranda yaşayan güney azərbaycanlı jurnalist Nəsim Sultanbeyqini 2024-cü il İfadə Azadlığı Mükafatının jurnalistika kateqoriyası üzrə qalibi elan edib.

Bu barədə təşkilatın media hesabında məlumat yayılıb.

"Sultanbeigi çox çətin şəraitdə göstərdiyi cəsarətli və fədakar fəaliyyətlərinə görə bu mükafata layiq görülüb",- məlumatda bildirilib.

Nəsim Sultanbeygi, 22 dekabr 2022-ci ildə ölkədən çıxmaq istədiyi vaxt Tehran hava limanında saxlanılb və 6 fevralda girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Tehranın İnqilab Məhkəməsi onu“hökumət əleyhinə təbliğat”, “toplaşmaq və əlbir olmaq”da günahlandıraraq 4 il, 1 ay, 16 gün azadlıqdan məhrum edilib.

Sultanbeygi, həbs cəzasının bir hissəsini çəkdikdən sonra cari ilin mart ayında hökmünün icrası müvəqqəti olaraq dondurulub və o sərbəst buraxılıb.

visiontv.az



Seçilən
9
visiontv.az

1Mənbələr