AZ

Dünyanın 6-cı ən varlı adamı “Omaha kahini”:

Niyə var-dövlətini ailəsinə vermir? 

Təxminən 150 milyard dollarlıq sərvətlə dünyanın 6-cı ən varlı adamı olan "Berkshire Hathaway"-in CEO-su Warren Baffett “sülalə” üslubunda sərvət yaratmağa qarşı olduğunu açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, əvvəllər sərvətinin 99 faizini bağışlamağa söz verən əfsanəvi investor Baffet bu yaxınlarda xeyriyyəçilik fəaliyyətlərinə nəzarət etmək üçün üç müstəqil vəkil təyin edib. Baffetin 71, 69 və 66 yaşlı övladları miraslarını xeyriyyəçiliyə paylamadan vəfat edərsə, sözügedən üç nəfər paylamanın tamamlanmasına cavabdeh olacaq. 94 yaşlı Baffet, həmçinin ailəsinə məxsus 1,1 milyard dollar dəyərində daha bir "Berkshire Hathaway" səhmlərini dörd fonda bağışladığını açıqlayıb. 

“Omaha kahini” ləqəbli Buffet sərvətini niyə üç övladına buraxmadığı ilə bağlı açıqlama da verib.  O, “sərvət sülalələrinin” şəxsi inkişafı zəiflədə və münasibətləri çətinləşdirə biləcəyini söyləyib. Bundan əlavə, o bildirib ki, gələcək nəsillərin bu sərvəti necə idarə edəcəyinin gözlənilməzliyi sosial qeyri-müəyyənliklərə səbəb ola bilər. Baffet 2 gün əvvəl dərc etdiyi məktubunda “Mən heç vaxt bir sülalə yaratmaq və ya uşaqlarımdan kənar bir plan qurmaq istəməmişəm. Mən hər üçünü çox yaxşı tanıyıram və onlara tam etibar edirəm. Gələcək nəsillər başqa məsələdir. 

Dəyişən xeyriyyəçilik mühitində fövqəladə sərvətlərin bölüşdürülməsinin öhdəsindən gələcək nəsillərin prioritetlərini, zəkasını və sədaqətini kim görə bilər?",- deyib. 2006-cı ildən bəri dörd ailə fonduna illik ianə edən Buffet bu illər ərzində övladlarının idarəetmə bacarıqlarına və xeyriyyəçiliklərinə güclü inam qazandığını ifadə edib: “2006-2024-cü illər mənə uşaqlarımın hər birini müşahidə etmək imkanı verdi və onlar geniş miqyaslı xeyriyyəçilik və insan davranışı haqqında çox şey öyrəndilər. 

Maddi cəhətdən rahat olmağı xoşlayırlar, lakin sərvətlə məşğul olmurlar. Bu dəyərləri öyrəndikləri anaları onlarla fəxr edərdi. Mən də fəxr edirəm". 

O, Vorren Baffet Süzan Tompsonla 1952-ci ildə 22 yaşında ikən evlənib. Bu evlilikdən onların Suzi, Hovard və Peter adlı üç övladı var. Cütlük 1977-ci ildən ayrı yaşasa da, 2004-cü ildə Tomson ölənə qədər evlilikləri davam edib.

Seçilən
9
cebheinfo.az

1Mənbələr