AZ

Azərbaycan qlobal iqlim gündəmini daha da inkişaf etdirdi- ÖZƏL

"Bakıda keçirilən COP29 İqlim Dəyişikliyi Konfransı zamanı 1,3 trilyon ABŞ dollarıməbləğində yeni iqlim maliyyəsi hədəfi müəyyən edildi. Bu qərar, inkişaf etmişölkələrdən inkişaf etməkdə olan ölkələrəiqlim fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə yardımlarının artırılmasını əhatə edir. Məqsəd, iqlim dəyişikliyi ilə mübarizədə mövcud boşluqları doldurmaq və bu prosesdə hər kəsin iştirakını təmin etməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Hədəf çərçivəsində, iqlim maliyyəsinin ildə 100 milyard dollardan 2035-ci ilə qədər 300 milyard dollara çatdırılması nəzərdətutulur. Bu, həm emissiyaların azaldılması, həm də iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin dəstəklənməsi üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Həmçinin, bu yeni hədəf qlobal əməkdaşlıq və maliyyə səfərbərliyi üçün bir dönüş nöqtəsi olaraq qəbul edilir.

Konfrans zamanı ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları tərəfindən Azərbaycanın təşəbbüsləri və liderliyi xüsusilə vurğulanıb. Azərbaycan, COP29-a ev sahibliyi etməklə, qlobal iqlim gündəmində öz yerini möhkəmləndirərək davamlı inkişaf istiqamətində beynəlxalq töhfələrini bir daha nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr