AZ

Türkiyə vasitəsilə xəbər göndərildi- “Atəşkəs istəyirik”

HƏMAS hərəkatının rəsmisi İsraillə Qəzza zolağında atəşkəs əldə etməyə hazır olduqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hərəkat rəsmisi İsrail və “Hizbullah” arasında Livanda əldə olunan atəşkəsdən məmnun olduğunu bildirib.

“Biz Misir, Qətər və Türkiyədəki vasitəçilərə HƏMAS-ın atəşkəs razılaşmasına və məhbusların mübadiləsi ilə bağlı ciddi razılaşmaya hazır olduğumuzu bildirmişik”, - HƏMAS rəsmisi AFP-yə belə deyib.

İsrail və “Hizbullah” arasındakı atəşkəs anlaşması bu gün qüvvəyə minib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
6
teleqraf.com

1Mənbələr