"Azfen" MMC 2023-cü ili 11 milyon 466 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 81 milyon 394 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən ili "Azfen"in xalis mənfəəti 7,1 dəfə azalıb. Xalis mənfəətin azalması gəlirlərinin azalması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, "Azfen"ın müqavilələrdən gəlirləri 2022-ci ildə 569 milyon 758 min manat ikən, 2023-cü ildə 217 miylon 552 min manata düşüb (2,6 dəfə azalıb).
AZFEN 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin "Tekfen İnşaat və Təsisat A.Ş." tərəfindən təsis edilmiş tikinti şirkətidir.