AZ

İdmançımız erməni rəqibinə qalib gələrək qızıl medal qazandı - FOTO

Noyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Tbilisi Open” Karate turniri keçirilib.
  Manset.az xəbər verir ki, turnir azərbaycanlı idmançıların uğurlu çıxışları ilə yadda qalıb.

Belə ki, Dünya məktəbinin 2-ci sinif şagirdi Miryusif Məcidov yarış çərçivəsində dörd görüş keçirib. İki gürcü və bir erməni rəqibinə qalib gələn Miryusif finalda digər erməni idmançısı ilə qarşılaşıb. Rəqibinə 12-3 hesabı ilə qalib gələn təmsilçimiz qızıl medala sahib olub.

Qeyd edək ki, Miryusif Məcidovun məşçisi Dünya və Avropa çempionatlarında dəfələrlə mükafatlar qazanmış karateçimiz Şahin Atamovdur.

Xatırladaq ki, “Tbilisi Open” turnirində kumite yarışlarında Şahin Atamovun yetirmələrindən Miryusif Məcidovla yanaşı Ayxan Nəcəfli, Zəhra Əhmədzadə, Dəniz Nəcəfli qızıl, Şirvan Ələkbərli gümüş, Elşad Babayev isə gümüş medal qazanıb.

Seçilən
31
3
manset.az

4Mənbələr