AZ

Konqresmenlər Cozef Baydendən Culian Assanjın əfv olunması istəyiblər - “The Guardian”

Bakı. Trend:

Amerikalı konqresmenlər “WikiLeaks” saytının qurucusu CulianAssanjın əfv olunması üçün çağırış ediblər.

Trend-in “TheGuardian” qəzetinə istinadən məlumatına görə, demokrat konqresmenCeyms Makqovern və respublikaçı konqresmen Tomas Messinin fikrincə,onun prokurorlarla razılaşmadan sonra təqsirini etiraf etməsijurnalistlərin casusluq ittihamı ilə təqib olunması üçün presedentyaradır.

Konqresmenlər ABŞ Prezidenti Cozef Baydenə göndərdikləriməktubda jurnalistin əfvinin demokratiya və söz azadlığınınmüdafiəsi üçün mediaya güclü mesaj verəcəyini bildiriblər.

Qeyd edək ki, Culian Assanj bir sıra hökumətlər, o cümlədən ABŞrəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərcolunduğu “WikiLeaks” portalını 2006-cı ildə təsis edib. Portalda,həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatlarıngedişində dinc əhalinin qətli, Quantanamo həbsxanasında məhkumlarınsaxlanılma şəraiti barədə məlumatlar yayılıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamındansonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj oradatəxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard”polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib.

Bir müddət öncə Culian Assanj ABŞ-ın hakimiyyət orqanlarınıntələbi ilə təqsirini qismən etiraf etməyə razı olub. Bu etiraf onabeş il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra iyunun 24-dəBöyük Britaniya həbsxanasından azadlığa çıxmağa və ailəsininyaşadığı Avstraliyaya qayıtmağa imkan verib.

Seçilən
9
1
az.trend.az

2Mənbələr