AZ

Sahibə Qafarovadan deputatlara SƏRT İRAD 

Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əliyeva sosial problemlərdən danışıb.

Musavat.com xəbər verir ki, o, iclasda iştirak edən hökumət üzvlərinin diqqətini mövcud problemlərin həllinə yönəltməyə çalışıb.

Bildirib ki, bu gün ən ciddi problem işsizliklə bağlıdır.  

Çıxışa reaksiya verən spiker Sahibə Qafarova deputatları görülən işlərdən də danışmağa çağırıb:

“Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür. Elə bil ki, bütün ölkə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız? Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?”

E.Paşasoy,
Musavat.com

Seçilən
5
48
musavat.com

10Mənbələr