AZ

Yeni maqnit qasırğası yaxınlaşır - Alimlər tarixləri açıqlayıb

Noyabrın 25-də qeydə alınan günəş partlayışı səbəbindən yaxın günlərdə Yer kürəsində maqnit qasırğası gözlənilir...

Poliqon xəbər verir ki, bu barədə "The Watchers" nəşri məlumatg yayıb.

Noyabrın 25-də Günəş planetimizə yönəlmiş tac kütləsi atılmasını yaşayıb. Proqnozlara görə, onlar Yerə noyabrın 28-də çatacaq.

NOAA-nın Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) noyabrın 28-də kiçik G1 geomaqnit qasırğası və noyabrın 29-da mülayim G2 fırtınası olacağını proqnozlaşdırır.

Bildirilir ki, bu şiddətli fırtınalar cənubun dərinliklərində auroralar yarada bilər.

Maqnit fırtınalarının əsas səbəbi koronal kütlənin atılması və ya günəş alovları zamanı günəş plazmasının emissiyasıdır. Yerə çatan yüklü hissəciklər maqnit sahəsində pozuntulara səbəb olur.

Maqnit qasırğaları həm texniki sistemlərə, həm də insan sağlamlığına təsir göstərir. Xüsusən də meteohəssas insanlarda baş ağrısına, qan təzyiqinin artmasına, yuxusuzluğa və ümumi yorğunluq hissinə səbəb ola bilir. Bundan əlavə, ürək-damar və sinir sistemlərinin xroniki xəstəlikləri pisləşə, texniki səviyyədə maqnit qasırğaları peyklərin, radiorabitə və naviqasiya sistemlərinin işini poza bilər.

Mümkün mənfi nəticələrə baxmayaraq, maqnit qasırğaları həm də gözəl təbiət hadisəsini - aurora borealisini doğurur. Qütblərin yaxınlığında müşahidə edilir və yüklü hissəciklərin Yer atmosferinin yuxarı təbəqələri ilə qarşılıqlı təsiri zamanı baş verir.

Poliqon.info

Seçilən
28
1
poliqon.info

2Mənbələr