Türkiyə Qətər, Misir və Amerika Birləşmiş Ştatları ilə birlikdə Qəzzada atəşkəs üçün çalışacaq.
ABŞ prezidenti Co Bayden İsrail-Hizbullah böhranının atəşkəslə həlli istiqamətində atılan addımla artıq bütün gözlərin Qəzzaya çevriləcəyini bildirərək deyib: "Qarşıdakı günlərdə ABŞ Türkiyə, Misir, Qətər və İsraillə birlikdə Qəzzada atəşkəs üçün yeni bir təşəbbüslə çıxış edəcək".
Xatırladaq ki, İsrail və Livan arasında atəşkəs razılaşması yerli vaxtla saat 04:00-da qüvvəyə minib.