Bakı. Trend:
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terrortəşkilatının rəhbərlərindən biri olan Sadiyə Məhəmməd Əhmədi İraqınSincar şəhərində həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib.
Trend bubarədə Türkiyə KİV-ə istinadən xəbər verir.
“MİT-in kəşfiyyat işləri nəticəsində "Hevi" kod adlı SadiyəMəhəmməd Əhmədin PKK/KCK-nın Sincardakı kəşfiyyat strukturlarınacavabdeh olduğu müəyyən edilib.
Hədəf siyahısına alınan Sadiyə Məhəmməd Əhmədin olduğu yer təyinedildikdən sonra terrorçunun hərəkətləri anbaan izlənilib”, -məlumatda bildirilib.
Qeyd edilib ki, daha sonra MİT tərəfindən fəaliyyəti ifşa edilənSadiyə Məhəmməd Əhməd, dəqiq əməliyyatla zərərsizləşdirilib.