AZ

“A-Qroup Sığorta Şirkəti"nin yığımı 1 milyon manatdan çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında “A-Qroup Sığorta Şirkəti” ASC 11 milyon 951 min manat sığorta haqqı toplayıb.

Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,3% və ya 1 milyon 386 min manat azdır.

2023-cü ilin yanvar-oktyabr aylarında şirkət 13 milyon 337 min manat sığorta haqqı toplayıb.

Bu ilin hesabat dövründə “A-Qroup Sığorta Şirkəti” 10 milyon 949 min manat sığorta ödənişi edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır.

Şirkətin 2023-cü ilin 10 ayında sığorta ödənişlərinin həcmi 12 milyon 104 min manat olub.   

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112,027 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,05 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 622,301 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 36,8 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.

Nara

Seçilən
3
valyuta.az

1Mənbələr