Bakı. Trend:
Əlilliyə görə pensiya son 5 ildə 2.3 dəfə, müavinətlər 3.5 dəfəartıb. 20-30% yox, 230-350% artım olub.
Trend xəbərverir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri SahilBabayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlətsosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və“İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanunlayihələrinin müzakirəsi zamanı deyib.
“Əlilliyə görə sosial ödənişlərin ümumi məbləği 2018-ci ildə 1.2milyard manat idisə, bu gün bu məbləğ 2.5 milyard manatayaxınlaşır. Təkcə əlilliyi olan insanlara ödədiyimiz vəsaitinməbləğini biz 1.3 milyard manata yaxın qaldırmışıq.
Qeyd olundu ki, əlilliyə görə pensiyaçılardan sığorta stajıtələb olunur. Hər halda orada anlaşılmazlıq var. Əlilliyə görəpensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əməkqabiliyyəti dövrü üçün tələb olunur.
Əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur. Vətəndaşəgər heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə, sosialsığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyib, müavinətsisteminə girəcək. Əgər vətəndaş işləyib sonradan əlillikqazanıbsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajıtələb olunur. Düşünürük ki, bu kifayət qədər güzəştli yanaşmadır”,- deyə nazir bildirib.