AZ

Sahil Babayev: "Sosial paketlər hökumətin niyyətinin ən bariz göstəricisidir"

Azərbaycanda əhalinin təxminən 40 %-ni əhatə edən sosial paketlər hökumətin niyyətinin ən bariz göstəricisidir.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“4 milyon insanı əhatə edən sosial paketlər dövlət başçımızın sosial siyasətinin ən böyük göstəricisidir. Şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına qayğı ölkə prezidentinin daim diqqətindədir. Ən böyük dəstək bizə tarixi zəfərimizi qazandıran ordumuzun mənsublarıdır. İlk növbədə şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına yönəldilmiş proqramlar var. 106 min şəxs sosial ödəniş təyin olunub”, - o vurğulayıb.

Seçilən
5
2
far.az

3Mənbələr