AZ

"CineMastercard" kinoteatrında "Paddinqton 3" Azərbaycan dilində!

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında Azərbaycan dilində peşəkar dublyaj olunan "Paddinqton 3" ailə komediyasının təqdimatı keçirilib.
Tədbirdə təkcə böyüklər deyil, uşaqlar, həmçinin xüsusi nümayişdə "Mastercard" beynəlxalq ödəniş sisteminin "Priceless" təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri də iştirak ediblər.
Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nöfəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik və Məmmədbağır Eyvazov səsləndiriblər.
Dublyajın rejissoru Vüqar Hüseynov, prodüseri və səs rejissoru Teymur Kərimov, tərcüməçisi Aytən Nəsirlidir.
"Paddinqton 3" - "StudioCanal" tərəfindən istehsal olunmuş və britaniyalı yazıçı Maykl Bondun beynəlxalq bestseller uşaq kitabları seriyası əsasında debütant Duqal Uilsonun rejissorluğu ilə çəkilmiş filmdir.
Filmdə baş rolları "Oskar" mükafatçısı Oliviya Kolman, "Oskar" namizədi Antonio Banderas, BAFTA mükafatına namizədi Emili Mortimer və Karla Tous canlandırıblar. Həmçinin, franşizadan artıq tanıdığımız aktyorlar da öz rollarına qayıdıblar: Hyu Bonnevill, Culi Uolters, Cim Brodbent, Madlen Harris və Semuel Coslin.
"Lüsi xala" yenidən İmelda Stonton, "Paddinqton" isə Ben Uişou (BAFTA mükafatının laureatı) tərəfindən səsləndirilib.
Film haqqında qısaca: "Paddinqton" və "Braun" ailəsi ayı balasının vətəninə - Peruya yola düşür! Lakin yerindəcə məlum olur ki, sevimli xala "Lüsi" müəmmalı səbəbdən özü səyahətə çıxıb. İndi bütün ailə onun ardınca geniş Amazonun çayları, meşələri və dağ zirvələrində maraqlı bir macəraya başlayır.
Film əvvəlki hissələrdən fərqlənir. Əvvəllər hadisələr "Paddinqton"un evinə çevrilən "Braun" ailəsinin Londondakı evindən başlayırdı. Amma indi hər şey başqadır. "Braunlar" vəhşi təbiətə, naməlum hadisələrə doğru gedirlər. Bu səyahət zamanı personajların hər biri özü və ailədəki yeri haqqında yeni bir şey dərk edir. Sınaqlar onların birləşməsinə kömək edir.
"Paddinqton 3" tamaşaçılara xatırladır ki, haradan olmağınızdan asılı olmayaraq, siz həmişə öz əsl evinizi tapa və dünyanı yaxşılığa doğru dəyişdirə bilərsiniz.
Azərbaycan tamaşaçıları üçün "Paddinqton 3" filminin peşəkar dublyajı tərəfdaşların təşəbbüsü ilə "Cinema Distribution", "CineMastercard" kinoteatrı və layihənin müəllif hüquqları sahibi olan VOLGA şirkətinin dəstəyi ilə olunub.
Dublyaj işi filmin orijinal ab-havasını və ruhunu qoruyub-saxlamaq, eləcə də personajların səmimi duyğularını tamaşaçılara çatdırmaq üçün əlindən gələni edən ixtisaslaşmış dublyaj şirkətinin təcrübəli komandasına həvalə edilib. Filmin yaradıcılarının ideyalarına uyğun olaraq, personajların səslərinin və cizgilərinin təbii səslənməsi üçün detallara xüsusi diqqət yetirilib.
"Cinema Distribution" "CineMastercard" kinoteatrı və VOLGA kino şirkəti əməkdaşlığının nəticəsi ilə fəxr edir və inanır ki, filmin lokallaşdırılmasına peşəkar yanaşma tamaşaçılara sevimli qəhrəman balaca ayı "Paddinqton"un füsunkar hekayəsindən daha da həzz almağa kömək edəcək.
Tədbirin təşkilində dəstək göstərənlər: VOLGA kino şirkəti, "Cinema Distribution", "Brand Media Groups", MADO restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "7 Gül" gül butikindən dekorasiya, "Pon-Pushka" ponçikləri, Animator.az və "Magic Face Art".
Qeyd etmək istərdik ki, "CineMastercard" premium kinoteatrlar şəbəkəsində Azərbaycan dilində peşəkar dublyaj olunan "Paddinqton 3" filmi noyabrın 28-dən etibarən nümayişə başlayacaq.
Seçilən
6
oxu.az

1Mənbələr