Azərbaycanda 2025-ci il üçün ehtiyac meyarının həddi artırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının qanununun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir.
Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Mina Mikayılova