AZ

Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 383,1 milyon manat kredit verilib.

 Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,4 % artaraq 378,8 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 40,6 % artaraq 450 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 25 % azalaraq 65,7 milyon manata düşüb.

Seçilən
20
13
sam.az

10Mənbələr