AZ

Rəis küsüb istefa verdi, işçiləri də ardınca: Bu şəhər polissiz qaldı

ABŞ-ın Cənubi Karolina ştatında şəhərlərdən biri polis rəisi də daxil olmaqla bütün departamentin istefasından sonra polissiz qalıb.

Publika.az "WMBF News"a istinadən xəbər verir ki, McCall Bələdiyyə Başçısı Corc Qardner şəhərdə artıq polis məmurlarının olmadığını təsdiqləyərək "çətin vəziyyət"in yarandığını deyib.

"Biz yeni polis rəisini və daha çox zabiti işə götürmək üçün fəal işləyirik", - deyə mer Qarner bildirib.

Mer əlavə edib ki, polis rəisi Bob Heyl istefa verən ilk şəxs olub, sonra digər zabitlər də onun ardınca gedib.

Heyl sosial şəbəkələrdə istefasının təkrarlanan təqiblər və şəxsi hücumlar, həmçinin Şəhər Şurasının bir üzvü tərəfindən yaranan "düşmən iş mühiti" ilə əlaqədar olduğunu söyləyib.

Seçilən
10
publika.az

1Mənbələr