AZ

Hədəf əhalinin coğrafiyamız üzrə mütənasib paylanmasıdır - Zahid Oruc

"Sovet dövründə Qarabağda və indi azad olunan ərazilərdə 400 mindən artıq iş yerləri mövcud idi. İndi hədəf o torpaqlara 1 milyon insanın qayıtması, əhalinin coğrafiyamız üzrə mütənasib paylanmasıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, nazir Sahil Babayev özü də çıxışlarında bəyan edib ki, hər il orta məktəbi bitirən gənclərin 60 min nəfəri əmək bazarına heç bir ixtisas almadan daxil olur. Dövlətin peşə məktəbləri onları qarşılaya bilmir. Məşğulluq Agentliyi Qarabağa qayıdacaq 130 min insanın 73 faizinin ixtisassız olduğunu bildirir.

"Məzunlar və peşə məktəbləri arasındakı qeyri-mütənasibliyi aradan qaldırmalıyıq. Hər birimiz adi məişət problemini həll edərkən, yaxşı usta, dülgər, bənna, yaxud inşaat mühəndisi axtarırıq. Beləliklə, 100 minlərlə insanı işsiz kateqoriyasından çıxarmaq üçün onları müxtəlif peşə və ixtisaslara sahib etsək, nəticədə, yüksək gəlirləri olan vətəndaşlar öz gələcək sosial ödənişlərini özləri formalaşdıracaq".

Mina Mikayılova

Seçilən
7
bakivaxti.az

1Mənbələr