Macarıstanın baş naziri Viktor Orban deyir ki, gələn il, 2025-ci il “sülh ili” olarsa, bu, böyük uğur demək olacaq.
O qeyd edib ki, Ukraynadakı münaqişədən təkcə Macarıstan iqtisadiyyatı deyil, bütün Avropa iqtisadiyyatı əziyyət çəkir.
“Avropa öz gələcəyini müharibə kontekstində təsəvvür etməyə davam edərsə, bunun Macarıstan üçün açıq-aşkar nəticələri olacaq. Digər tərəfdən, dünya iqtisadiyyatı və dünya siyasəti sülhə doğru yönəlsə, bu, Macarıstan iqtisadiyyatı üçün daha geniş imkanlar açacaq”, - baş nazir əmindir.
Oxuməni.az