AZ

Yunanov “Bülis”dən qorxdu?

“Bülis”də karyerası istədiyi kimi alınmayan Amil Yunanovun Albaniyadan vətənə qayıtdığını xəbər vermişdik.

31 yaşlı hücumçunun yenidən “Bülis”ə qayıtdığı barədə xəbərlər yayılıb. Əslində Amilin dönüşünün də yetərincə qəribə olduğu məlum idi. Klub ardıcıl üç ay maliyyə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə futbolçu ayrılmaq fikrinə düşə bilər. Amilin isə “Bülis”də heç iki ayı tamam olmamışdı.

Belə görünür ki, Yunanov gec də olsa, səhvini anlayıb. Axı “Bülis” özbaşına düşərgədən ayrılan futbolçu ilə bağlı FİFA-ya şikayət edə, asanlıqla cəzalanmasına nail ola bilərdi. Yunanovun vəkili Elcan Həsənli ilə danışmaq istəsək də, o, növbəti dəfə açıqlama vermək istəmədiyini söylədi.

Xatırladaq ki, Amilin “Bülis”lə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdi.

ƏSƏD SEYİDOV

Seçilən
13
football-plus.az

1Mənbələr