AZ

"Araz"lar birləşdi - 9 milyonluq şirkət 2 min manatlıq şirkətə qoşuldu

2024-cü ilin May ayında dövlət qeydiyyatına alınmış və 8 milyon 918 min manat nizamnamə kapitalı olan "Araz Technologies" MMC şirkəti, 2023-cü ilin Dekabr ayında dövlət qeydiyyatına alınmış və 2 min manat nizamnamə kapitalı olan "Araz Technologies" QSC şirkətinə qoşulub.

""Araz Technologies" QSC, "Araz Technologies" MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunmuşdur. "Araz Technologies" QSC, "Araz Technologies" MMC-nin bəzi hüquq və öhdəlikləri üzrə hüquq varisidir",- Marja xəbər verir ki, QSC-nin məlumatında bildirilir. 

"Araz Technologies" QSC-nin qanuni nümayəndəsi ZVEREV DMİTRİY VLADİMİROVİÇ, hüquqi ünvanı AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev 609, QLOBUS BİZNES MƏRKƏZİ, 16-CI MƏRTƏBƏ-dir. 

"Araz Technologies" MMC-nin qanuni nümayəndəsi isə ƏLƏDDİN NAMAZOV İBAD OĞLU, hüquqi ünvanı NAXÇIVAN ŞƏHƏRİ, ATATÜRK, ev 1-dir. 

ARAZNET TECHNOLOGİES
Seçilən
10
marja.az

1Mənbələr