AZ

Rusiyadan İngiltərə qərarı: 2 həftə vaxt verildi

Rusiya casusluqda ittiham etdiyi britaniyalı diplomat Edvard Pryor Uilkesi deportasiya etmək qərarına gəlib. Rusiya Uilkesə 2 həftə ərzində ölkəni tərk etməyi tapşırıb.

Publika.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələrdən sonra bölgədəki gərginlik ən yüksək səviyyəyə çatsa da, Kreml İngiltərənin anti-Rusiya hərəkətlərinə qarşı yeni addım atıb.

Belə ki, Rusiya daha bir britaniyalı diplomatı ölkədən çıxaracağını bəyan edib. Federal Təhlükəsizlik Xidmətinin (FSB) verdiyi açıqlamada Rusiya səfirliyində ikinci katib vəzifəsində çalışan Edvard Pryor Uilkesin ölkəyə daxil olarkən qəsdən yalan məlumat verdiyi bildirilib.

Uilkesin diplomatik vəzifəsi altında Britaniya kəşfiyyatı üçün çalışdığı iddia edilən açıqlamada diplomatın Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən kəşfiyyat məlumatları verdiyi və təxribat fəaliyyəti ilə məşğul olduğu qeyd edilib.

Seçilən
8
publika.az

1Mənbələr