AZ

Təhsilimizin PROBLEMLƏRİ: “Əsaslı islahatlar aparmaq zəruridir”

“Təbii ki, təhsil millətin gələcəyidir. Təhsilsiz dövlət, təhsilsiz xalq, əlbəttə ki, inkişaf edə bilməz. Dünyada baş verən inkişafa nəzərə saldıqda, bu inkişafı təmin edənin, ilk növbədə, təhsil olduğunu da görürük. Sözsüz ki, bütün ölkələrdə təhsilin formatı da fərqlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, təhsil inkişafı üçün dünyanın aparıcı dövlətlərinin tətbiq etdiyi təhsil sistemindən istifadə etmək lazımdır:

“Təbii ki, təhsildə beynəlxalq təcrübələr əsasdır. Əgər təhsil sistemi dünyada gedən yeniliklər, praktiki amillər üzərində qurulsa, o zaman inkişaf dairəsi də geniş olacaqdır. Bu baxımdan, Azərbaycan təhsil sisteminin dünya standartlarına uyğun olmadığını demək çox məyusedicidir. Təbii ki, bununla bağlı uzun illərdir ki, addımlar atılır”.

Ekspert təhsillə bağlı peşəkar münasibətlərə əhəmiyyət verilməsini önəmli hesab edir:

“Mütləqdir ki, təhsildə peşəkar münasibətlərə əhəmiyyət vermək lazımdır. Bu təhsilin inkişafı üçün qabaqcıl addım hesab edilə bilər. Ümumiyyətlə, Azərbaycan təhsil sistemi dünya standartlarına tam formalaşdıqdan sonra da yenə də burada problemlər qalacaq. Problemsiz hansısa qurumun fəaliyyət göstərməsi imkansızdır. Bir problem həll olunduqdan sonra davamlı olaraq digər problemlər də üzə çıxır”.

İ. Orucov həmçinin ümumi olaraq problemlərin səbəbləri ilə mübarizə aparmağın önəmindən də danışıb:

“Təbii ki, təhsildəki problemlərlə mübarizə aparmaq üçün həmin problemləri düzgün müəyyənləşdirmək lazımdır. Bunun üçün müasir texnologiyaların tətbiqindən istifadə etmək vacibdir. Əlavə olaraq, təhsildə rəqəmsal texnologiyalar tədris keyfiyyətini artırmaqda böyük rol oynayır. Həmçinin təhsil sistemində əsaslı islahatlar aparmaq bəzən zəruri olur. İslahatlar zamanı beynəlxalq təcrübədən öyrənərək yerli tələblərə uyğunlaşma həyata keçirilməlidir. Bu addımların ardıcıl şəkildə tətbiqi təhsil sahəsində mövcud problemlərin həllinə kömək ola bilər”.

Mayıl Soltanov

Seçilən
13
yenicag.az

1Mənbələr