AZ

Qəzzada daha bir jurnalist həlak oldu

İsrail qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada hökumət Media Ofisindən verilən yazılı açıqlamada, 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzzaya hücumları zamanı bir çox media qurumlarında çalışan Ala Fevzi Berhumun həyatını itirdiyi bildirilib.

Qeyd olunur ki, İsrailin Qəzza zolağında fələstinlilərə qarşı hücuma başladığı 7 oktyabr 2023-cü ildən bu yana öldürülən mətbuat mənsublarının sayı 190-a çatıb.

İsrail ordusunun Qəzza zolağında jurnalistləri hədəf alması pislənilib və onların öldürülməsində İsrail rəhbərliyinin məsuliyyət daşıdığı vurğulanıb.

Bəyanatda həmçinin beynəlxalq ictimaiyyəti və media ilə bağlı beynəlxalq təşkilatları "Fələstinli jurnalistlərin öldürülməsini dayandırmaq üçün İsrailə qarşı çəkindirici sanksiyalar tətbiq etməyə və onun törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün hərəkətə keçməyə" çağırılıb.

Bildirilir ki, İsrail fələstinlilərin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzza zolağında jurnalistləri qəsdən öldürür.

Seçilən
25
cebheinfo.az

1Mənbələr