AZ

Qurban Qurbanov: “Maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm”

"Qarabağ" Avropa Liqası Liqa fazasının 5-ci turu çərçivəsində Bakıda Fransadan "Lion"u qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə təşkil olunan mətbuat konfransında suallarını cavablandırıb:

- Çox keyfiyyətli komandaya qarşı oynayırıq. Oyun sistemi, oyunçuların fərdi bacarığı olaraq belədir. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabah oyunboyu diqqətli olaq. Bu, çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək.

- Marko Veşoviç və Mateus Silvanın hazırlıq durumu imkan verir ki, ilk dəqiqələrdən meydana çıxsınlar?

- Pis deyil. Hər iki futbolçunun hazırlığı yaxşı səviyyədədir. Bu gün və sabah qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından razıyam.

- "Lion" maddi və mənəvi cəhətdən çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır?

- Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də, kimin meydanda olması da bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir, belə böyük klublarda maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Təcrübəmiz onu göstərir. Hansı ki, hər il istənilən böyükklubda belə söz-söhbətlər gəzir. Belə olduğu halda, 1-2 futbolçusunu başqa kluba satırlar, problemləri həll olunur. Oyunçularının dəyəri yüksəkdir. Belə fikirlərlə bu oyuna yanaşmaq bizlər, sizlər üçün doğru olmaz. Belə düşüncələr olduqda qələbəyə göz yumulur. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər. "Lion" illərin klubudur. Bu problemlər sadəcə söz-söhbətlərdir.

- Rəqibin "Lion" olduğunu nəzərə alsaq, oyun ərzində hansısa xüsusi gedişat olacaq? Yoxsa, digər matçlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni qaydada yanaşma olacaq?

- Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həmdə oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirməliyik. İstənilən rəqibin öz oyununu oynamaması üçün onlara mane olmalı, üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər zaman oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq, detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.

- "Lion"u hansı xüsusi keyfiyyətlərə görə təəccübləndirəcəksiz?

- Rəqib haqda çox məlumat verməyi xoşlamıram. Sadəcə, futbolçularıma məlumat verirəm. Bayaq dedim ki, çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Bizim ən böyük gücümüz kollektiv oyuna üstünlük verməyimizdir. Həm hücumda, həm də müdafiə xəttində. Çünki bu gün komponentlərə baxsaq, "Lion" bizdən üstün görünür. Daha yaxşı liqada oynayır, daha böyük klubdur. Amma bizim Avropada böyük təcrübəmiz var. Bundan istifafdə edərək, belə komandalara qarşı düzgün oynamağa çalışmışıq. Kollektiv şəkildə çalışacağıq ki, lazım olan nəticə üçün meydanda ən doğrusunu edək.

Seçilən
13
13
sportinfo.az

10Mənbələr